Rusiya ilə sərhədə “F-35” qırıcısı gətirir?

Rusiya ilə sərhədə “F-35” qırıcısı gətirir?

Finlandiya Rusiya sərhədindən 150 kilometr aralıda 64 ədəd “F-35” qırıcısı yerləşdirməyi planlaşdırır.

SİA “rambler”ə istinadən xəbərin ötən gün “Avia.pro” portalı tərəfindən yayımlandığını bildirir.

Portalı məlumatına görə, Finlandiya Müdafiə Nazirliyi Rovaniemi şəhərində döyüş təyyarələri yerləşdirməyi planlaşdırır.

Finlandiyanın NATO-ya daxil olmağa hazırlaşması fonunda belə bir qərarın Rusiya ilə qarşıdurmaya işarə edəcəyi iddia edilir. Finlandiya prezidenti Sauli Niiniste daha əvvəl bildirmişdi ki, ölkə rəsmi olaraq NATO-ya üzv olmaq və üzvlük üçün müraciət etmək qərarına gəlib.

Qərarın tarixi qərar olduğunu bildirən hökumət başçısı daha sonra ölkəsinin “NATO üzvü kimi həm də bütövlükdə Şimali Atlantika Alyansının təhlükəsizliyinə cavabdeh olacaqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə