İrlandiyada ilk “meymun çiçəyi” hadisəsi aşkarlanıb

İrlandiya Səhiyyə Xidmətləri İdarəsi ölkədə ilk meymun çiçəyi xəstəliyinin aşkar edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyada sürətlə yayılmağa davam edən meymun çiçəyi virusu başqa ölkəyə də keçib.

SƏTƏM həmçinin şübhəli bir hadisə ilə bağlı araşdırmaların davam etdiyini və test nəticəsinin gözlənildiyini bildirib. Məlumdur ki, 20-yə yaxın ölkədə aşkar edilən meymun çiçəyi virusuna əsasən Avropada 200-dən çox insan yoluxub.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) meymun çiçəyi virusuna yoluxmuş insanların 21 gün ərzində ev heyvanları ilə təmasda olmamaları lazım olduğunu bildirərək, gerbil və hamster kimi gəmiricilərin xəstəliyə həssas olduğunu açıqlayıb. Böyük Britaniya hökuməti indiyə qədər heç bir heyvanda meymun çiçəyi virusunun aşkar edilmədiyini və riskin hələ də aşağı olduğunu bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə