Bu gün ABŞ prezidenti Cozef Baydenin reytinqlərinin aşağı düşməsi fonunda onun artıq "populyarlığının" çox-çox aşağı düşdüyü də bildirilir. Məsələn "The Spectator" nəşrinin yazarı Freddi Qreyin iddiasına görə, guya bu ölkədə getdikcə çətinləşən iqtisadi vəziyyət və xüsusən də qazın qiymətinin artması fonunda baş verir.
SİA Qreyin açıqlamalarına "məmnuniyyətlə" yer verən rusların "rambler" saytına istinad edir.
Beləliklə, məqalə müəllifinin sözlərinə görə, 2022-ci ilin noyabrında Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə respublikaçıların qalib gələ biləcəyindən ehtiyatlanan Bayden guya baş verənlərdən o qədər narahatdır ki, artıq elə indidən əks tərbirlər görməyə başlayıb. Qreyin dediyinə görə, Bayden artıq bununla məşğul olacaq, yəni onun "müdafiəsini təşkil edəcək" vəkillər də tutub.
Qeyd edilməlidir ki, Qrey burada təəccüblü də olsa, respublikaçıların Baydenin getməsinə mütləq "dirəniş göstərmələrinə" ehtiyac görmür. Niyə?
Qreyə görə, Baydenin "silahdaşları" demokrat senatorlar onların siyasətlərində çoxlu uğursuzluqlara yol verdiyinə görə "köhnə və pis lider"in lazım olub olmamasına özləri qərar verə bilərlər. Əslində, etiraf edilməlidir ki, bu gün siyasətdə olan hər kəsi ötəri də olsa uğursuzluqlar çuğlaya bilər.
Yeri gəlmişkən, hazırda "Baydenin sonrakı taleyini müəyyən edənlər" hətta "iddialı da görünürlər". Məsələn, onlar deyirlər ki, Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasına, oğlunun Ukrayna və Çindəki "şübhəli biznes fəaliyyətinə" və ya cənub sərhədindəki böhrana görə, guya cavabdeh ola bilər.
...Yenə də Qreyin qeyd etdiyi kimi, respublikaçılar rəqiblərinin, yəni demokratların Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün impiçmentdən istifadə etdiklərini gördülər və indi də cavab olaraq "intiqam almaq istəyirlər".
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə