Suriyanın şimalında 7 terrorçu zәrәrsizlәşdirilib

Suriyanın şimalında separatçı terror tәşkilatı PKK/YPG-nin 7 üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi bәyanat yayıb. Mәlumatda vurğulanıb ki, Türkiyә hәrbçilәri hücum törәtmәyә cәhd göstәrәn terrorçulara lazımi cavabı verib.

‘‘Fәrat qalxanı’’, ‘‘Zeytun budağı’’ vә ‘‘Sülh çeşmәsi’’ bölgәlәrinә tәcavüz atәşi açan 7 PKK/YPG terrorçusu zәrәrsizlәşdirilib.

Qeyd edәk ki, Daxili İşlәr Nazirliyi tәrәfindәn hәyata keçirilәn ‘‘Eren-Abluka 7’’ әmәliyyatı çәrçivәsindә terror tәşkilatına mәxsus çox sayda silah vә sursat mәhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...