Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Türkiyənin sərhədləri ilə bağlı təhlükəsizlik problemlərini həll etmək ölkənin əsas prioritetlərindən biridir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rau İstanbul Dolmabahçedəki Prezidentin İş Ofisində keçirilən Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri görüşündən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu və Rumıniya xarici işlər naziri Boqdan Auresku ilə birgə mətbuat konfransında danışıb.
Türkiyə, Polşa və Rumıniyanın təhlükəsizliyə əhəmiyyət verən müttəfiqlər olduğunu vurğulayan Rau həmkarları ilə Ukraynaya hərbi, iqtisadi, siyasi və humanitar yardımlarda necə dəstək ola biləcəkləri mövzusunda danışıqlar apardıqlarını qeyd edib.
Ukrayna ilə bağlı açıq mövqe tutduqlarını ifadə edən Rau Baltik dənizindən Qara dənizə və Aralıq dənizinə qədər olan ərazilərin təhlükəsizliyini və sabitliyini hədəflədiklərini və üçlü görüşdə bunun əhəmiyyətini bir daha vurğuladıqlarını bildirib.
Rau həmçinin NATO-nun şərq cinahının təhlükəsizliyi, mövcudluğu, müdafiəsi və müttəfiq əsgərlərin qurudakı vəziyyətini müzakirə etdiklərini bildirib.
Z.Rau bəyan edib ki, Türkiyə, Rumıniya və Polşa arasında əməkdaşlıq təkcə siyasi deyil, həm də hərbi miqyasdadır:
"Bu kontekstdə Rumıniya və Türkiyəyə NATO daxilində iştirak etdikləri və Polşa ilə əməkdaşlıq etdikləri üçün çox təşəkkür etmək istərdim. Türkiyənin sərhədləri ilə bağlı təhlükəsizlik narahatlığına cavab vermək bizim üçün çox vacibdir və prioritetdir".
Rau İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı suala, bunun alyansın güclənməsi üçün son dərəcə vacib olduğunu bildirib.
"Düşünürəm ki, Türkiyənin narahatlığı NATO daxilində birlik və həmrəyliklə həll olunacaq”, -deyə Rau qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qlobal incəsənət bazarı ultra varlı alıcılar tərəfindən canlandı...
Mədəniyyət 20:48Polşa tarixi bir sıçrayış etdi...
Dünya 20:28Təkcə bolqar bibəri deyil..?
Dünya 20:05“Dəhşətli bir tədqiqat...”
Sosial 19:14Dünya İranı izləyərkən, Ukrayna hücumdadır...
Dünya 18:54Putinin ilk cəhdi uğursuz oldu..?
Dünya 18:47Müttəfiqlər Trampı niyə rədd etdilər?
Dünya 18:34ABŞ-ın İrandakı strategiyasının uğursuzluğu...
Dünya 18:04Dollar və Avronun dominantlığı sarsılırmı?
Dünya 17:00“İdxal olunan ədviyyatlarda problem müşahidə olunur” - EKSPERT DANIŞDI
İqtisadiyyat 16:28"Fikir ayrılıqları dialoqla həll olunur" - POLİTOLOQ
Siyasət 16:05Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
İqtisadiyyat 16:02Yəhudilərlə farslar niyə düşməndirlər? -
Siyasət 12:37Sabah 17 dərəcə isti gözlənilir
Sosial 12:26Bakıda yaşayış binası yanır
Hadisə 11:36Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sosial 11:23Milli Məclisin növbəti plenar iclası başlayıb
Siyasət 11:03Ötən gün 40 cinayətin açılması təmin edilib
Hadisə 10:44Dünya bazarında qızıl 22 dollardan çox bahalaşıb
İqtisadiyyat 10:39Qarabağ "DOST Evi" benefisiarlarının sayı 100-ü ötüb
Sosial 10:14Azərbaycan XİN İrlandiyanın Milli Gününü təbrik edib
Siyasət 09:53Nyu-York birjasında təbii qazın qiyməti azalıb
İqtisadiyyat 09:31Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:29Bu gün ilaxır çərşənbəsidir
Sosial 05:06Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
Sosial 03:04Dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sosial 02:17Xəstəxanada iynə vurulan qadın evində öldü
Hadisə 01:15Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək
Dünya 00:04"İranın raket istehsalı tükənib" - İsrail kəşfiyyatından İDDİA
Dünya 16 Mart 23:28ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ
Sosial 16 Mart 23:14Aprelin 1-dən metroda bu qadağa qüvvəyə minəcək
Sosial 16 Mart 23:05"Barselona" 35 illik rekordu yenilədi
İdman 16 Mart 22:27Özəl xəbərlər
Digər xəbərlərDollar və Avronun dominantlığı sarsılırmı?
Dünya 17:00“İdxal olunan ədviyyatlarda problem müşahidə olunur” - EKSPERT DANIŞDI
İqtisadiyyat 16:28"Fikir ayrılıqları dialoqla həll olunur" - POLİTOLOQ
Siyasət 16:05
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9545
+0,47%
-
GBP
2,2630
+0,44%
-
RUB
2,0926
-1,35%



