Mariupol şəhərində 70 mülki şəxsin cəsədi tapılıb

Ukraynanın Mariupol şəhərində fabrikin qalıqları arasından 70 mülki şəxsin cəsədi tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynada fevralın 24-də başlayan hücumları davam edərkən, Rusiya ordusu mülki yaşayış məntəqələrini vurmağa davam edir.

Ukraynanın Rusiyanın hücumlarından ən çox zərər çəkən bölgələrindən biri olan Mariupol şəhərində dağıntıların təmizlənməsi işləri davam edir.

Mariupol merinin müşaviri Petro Andriuşenko “Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kuyindji küçəsində dağıntıları təmizləyərkən köhnə “Oktiabr” fabrikinin qalıqları arasında 70-ə yaxın cəsəd aşkar edib” deyib.

Andriuşenko bəyan edib ki, Rusiya əsgərlərinin törətdiyi başqa mülki itkilər də ola bilər.

Meyitlər Starıy Krım kəndindəki kütləvi məzarlığa aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...