‘‘ABŞ vә NATO Ukrayna müharibәsinә görә mәsuliyyәt daşıyır’’

İranın xarici işlər naziri Hüseyin Emir Abdullahiyan Rusiya ilә Ukrayna arasındakı müharibә ilә әlaqәdar ABŞ və NATO-nu günahlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Abdullahiyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verib.

Tehran rəhbərliyinin fevralın 24-dәn etibarәn Ukrayna müharibəsini qınadığını ifadә edәn Abdullahiyan deyib: "Biz Ukrayna әrazisindә başlanılan müharibәni doğru addım olaraq hesab etmirik. Biz hәmçinin Əfqanıstan, İraq, Yəmən və Fələstinə qarşı müharibəni dә doğru addım olduğunu düşünmürük’’.

Amerika Birlәşmiş Ştatları vә NATO-nun bölgәdә tәhrikedici fәaliyyәtlәrlә mәşğul olduğunu ifadә edәn Abdillahiyan ABŞ vә NATO-nun Ukrayna müharibәsinә görә mәsuliyyәt daşıdığını deyib.

Abdullahiyan bildirib ki, müharibәnin sona çatması üçün birlikdә sәylәr göstәririk.

Bir jurnalistin nüvә sazişi ilә bağlı sualını cavablandıran İranın xarici işlәr naziri Hüseyin Emir Abdullahiyan Amerika Birlәşmiş Ştatları vә İranda nüvә sazişinә qarşı qrupların olduğunu deyib.

Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydenin qərar verməkdə çәtinlik çәkdiyini iddia edən Abdullahiyan Bidenin keçmiş prezident Donald Trump kimi maksimum təzyiq siyasətini tətbiq etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...