...Eyni anda üç ölkə KXDR-ə müraciət edib

Üç ölkə, ABŞ, Cənubi Koreya və Yaponiya KXDR hakimiyyətini diplomatik əməkdaşlığa çağırıb.Maraqlıdır ki, bunula bağlı bəyanatı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild oxuyub.

SİA bu barədə “rambler”ə istinad edir.

Beləliklə, Pxenyana üz tutan amerikalı rəsminin fikrincə, dünyanı təhdid etmək əvəzinə, başqa ölkələrlə əməkdaşlığa başlamaq, münasibətləri inkişaf etdirmək lazımdır.

“...Biz Şimali Koreyanı koronavirusla bağlı çətin vəziyyəti həll etməyə və diplomatiyaya başlamağa çağırırıq”, - deyə Linda Tomas-Qrinfild bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Çinin BMT-dəki nümayəndəsi Zhang Jun ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətini dəyişməli olduğunu bildirmişdi.

Bununla yanaşı o, bütün ölkələrin təhlükəsizliyinin bölünməz olduğunu bəyan etmişdi.

Çinli siyasətçinin rusiyalı həmkarı Vasili Nebenzya isə Qərbi bütün günahı KXDR-in üzərinə atmaq vərdişində ittiham edib.

Onun fikrincə, dövlətlər Şimali Koreya hakimiyyətinin ABŞ-a qarşı düşmənçilik fəaliyyətini dayandırmaq çağırışlarını eşitməməyə üstünlük verirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə