“Kurtaran-2022” hərbi təlimləri davam edir

Türkiyə Dəniz, Quru və Hərbi Hava Qüvvələri, Sahil Mühafizə Komandanlığı heyətlərinin və xarici ölkə müşahidəçilərinin iştirak etdiyi “Kurtaran-2022” hərbi təliminin mətbuat mərhələsi başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Banqladeş, Bəhreyn, Bolqarıstan, Ekvador, İndoneziya, Cənubi Koreya, İspaniya, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC), Pakistan, Polşa və İordaniyadan 26 müşahidəçi iştirak edir.

Muğla vilayətinin Marmaris Aksaz Limanından qalxan TCG Alemdar Sualtı Personel Axtarış-Xilasetmə gəmisi xilasetmə işləri aparmaq üçün Aralıq dənizinə doğru yola düşüb.

Gəmi ilə bağlı brifinqdə Xilasetmə və Sualtı Komandiri Polkovnik Özgür Kənan Tansoy "Kurtaran-2022" hərbi təliminin bu il beşincisinin keçirildiyini bildirib və təlimin faktiki sualtı personalın xilasetmə təlimi olduğunu bildirib.

Təlimlərə Türkiyənin yeddi gəmisi, üç sualtı gəmisi, bir təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı (İHA), iki sahil mühafizə qayığı və polis axtarış-xilasetmə briqadasının əməkdaşları cəlb olunublar.

Təlim mayın 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...