Albaniya NATO-ya Sovet dövründə tikilmiş Paşa Liman dəniz bazasından istifadə etməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Albaniyanın baş naziri Eddi Ramanın ofisindən məlumat verilib. Qeyd edək ki, bunu “Avropa həqiqəti” “ Associated Press”ə istinadən yazıb.

Beləliklə, Baş nazir Edi Rama bildirib ki, Albaniyanın cənub sahilində, Tirandan təxminən 180 kilometr aralıda yerləşən Paşa Liman bazası bu "çətin vaxtlarda" NATO üçün faydalı ola bilər.

O əlavə edib ki, bazanın yenidən qurulması ilə bağlı artıq planlar da var.

Qeyd edək ki, Albaniya 2009-cu ildən NATO üzvüdür.

Bazaya gəldikdə isə, bu baza ötən əsrin 50-ci illərində Adriatik dənizindəki Vlore körfəzi yaxınlığında inşa edilib. Bu, Aralıq dənizindəki yeganə sovet hərbi dəniz bazası idi və vaxtilə 12-yə qədər sualtı qayığa da malik idi.

Baza 1997-ci ildə talan edilib, o zaman Alban əhalisinin əhəmiyyətli hissəsi maliyyə piramidalarının qurbanı olub və əmanətlərini itirib.

Daha sonra Türkiyə Paşa Limanı təmir etdi və indi Adriatik və İon dənizlərində patrul edən döyüş gəmiləri orada dayanır. Yeri gəlmişkən NATO hazırda Albaniyanın Kuçove aviabazasını təkmilləşdirməyə də başlayıb və deyilənə görə, bu baza Alyansın əməliyyatları başa çatdıqdan sonra yardımçı hava limanına çevriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə