"Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"

Cəbhədəki hazırkı vəziyyət Ukrayna ordusu üçün dəhşətlidir.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç deyib.

O bildirib ki, Ukrayna qoşunlarının hücumu dəf etmək üçün lazım olan silahları olmadığından Rusiya sıxışdırmağa davam edir.

“Biz əraziləri tamamilə itirməsək də Rusiya ordusun müqavimət imkanarımız məhdudur. Cəbhədə təzyiq hər gün artacaq. Burada vəziyyət bizim üçün dəhşətlidir”, – deyə Aretoviç vurğulayıb.

Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ruslar Ukrayna qoşunlarını uzaqmənzilli silahlarla vurur.

Bütün xəbərlər Facebook səhifəmizdə