Ukrayna üçün yeni silah tədarükü...

Birləşmiş Ştatlar gələn həftə Ukraynaya yeni silah tədarükünü, o cümlədən çoxsaylı raket sistemlərini elan edə bilər.

Administrasiya bu sistemləri gələn həftə elan oluna biləcək daha böyük hərbi və müdafiə yardım paketinin bir hissəsi kimi Ukraynaya çatdırmağa meyllidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ukraynaya göndəriləcək silahlar arasında uçuş məsafəsi 300 km. olan “MLRS”-lərin də olacağı ehtimal edilir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı çərçivəsində Kiyevə gəmi əleyhinə raketlər və pilotsuz təyyarələrin tədarükü barədə də danışıb.

Bu arada Böyük Britaniya müdafiə nazirinin müşaviri Ceyms Hippi isə ölkəsinin Ukraynaya “Brimstone” raketləri verə biləcəyini istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə