"Yeni silahlarla döyüşün xarakterini dəyişəcək..."

Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və işğalçıların ölkə ərazisindən çıxarılmasını sürətləndirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi – red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”, – dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB