Türkiyə-Rumıniya-Polşa XİN-ləri bir araya gəlir

Türkiyə-Rumıniya-Polşa Xarici işlər nazirlərinin növbəti Üçtərəfli yığıncağı bu gün İstanbulda keçiriləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən yayılan məlumata görə Xarici işlər naziri Mövlud Çavuşoğlunun ev sahibliyi edəcəyi yığıncaqda Ukraynada cərəyan edən proseslər, NATO-nun Madrid Sammiti, ondan sonrakı Strateji Konsepsiya və üçtərəfli prosesin gələcəyi başda olmaqla regional mövzular müzakirə olunacaq.

Nazirliyin açıqlamasında qeyd edilib ki, Çavuşoğlu ilə rumıniyalı və polşalı həmkarları arasında bir də təkbə-tək görüş baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə