Ukraynada Amerika hərbçiləri yoxdur...

Pentaqonun sözçüsü Con Kirbi növbəti brifinq zamanı ABŞ hakimiyyətinin ölkə qoşunlarının Ukraynada olması ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Beləliklə, Kirbi Amerika hərbi qüvvələrinin Ukraynadakı aksiyalarda iştirakı ilə bağlı sualı cavablandırarkən, yenə də onların respublikada olmamasını açıqlayıb.

“...Ukraynadakı qoşunlarımıza gəlincə, prezident və Ali Baş Komandan açıq şəkildə bəyan edib ki, amerikalı hərbçilər hər hansı bir hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynada olmayacaq. Bundan əvvəl deyildiyi kimi, bu elə bu gündə öz qüvvəsindədir”-deyə Con Kirbi bildirib.

Yeri gəlmişkən xatırladaq ki, bundan əvvəl “Politico” nəşri Ukraynadakı döyüşlərdə minlərlə əcnəbinin iştirak etdiyi barədə xəbər yaymışdı.

Nəşrin yazdığına görə, bu gün ABŞ hərbçiləri Ukraynadakı təlimlərə qatılıblar. Bundan əlavə, Ukrayna ərazisində amerikalı Harrison Cozefovitsin rəhbərlik etdiyi Task Force Yankee qrupu da fəaliyyət göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə