Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik təklif edən ölkələrdən biri olduğunu ifadə edərək, “Türkiyə ən uğurlu ölkə oldu” deyib.
SİA-nın əldə etdiyi məlumata görə, Anadolu Agentliyi müxbirinin Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik prosesi ilə bağlı sualına Kuleba "Türkiyə müxtəlif səbəblərdən vasitəçilik təklif edən ölkələrdən biri idi. Türkiyə ən uğurlu oldu. Rusiya-Ukrayna müzakirə heyətlərinin İstanbuldakı görüşü də əsasən danışıqlar prosesinin ən yüksək nöqtəsidir” deyib.
İstanbuldakı görüşdən sonra danışıqlar prosesinin iflasa uğradığını qeyd edən Kuleba iki ölkə arasında danışıqları aparan işçi qrupunun sonuncu dəfə nə vaxt görüşdüyünü belə xatırlamadığını bildirib.
Rusiyanın davamlı olaraq “Ukraynanın diplomatiyaya ehtiyacı yoxdur, Ukrayna bizimlə danışmaq istəmir” kimi açıqlamalar verdiyini qeyd edən Kuleba “Ancaq bu, ört-basdır əməliyyatıdır” ifadəsini işlədib.
Kuleba Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Xerson və Zaporojye vilayətlərində yaşayanların Rusiya vətəndaşlığı qəbul etməsini asanlaşdıran qərarı imzalamasına da reaksiya göstərərək, "Əgər yaxşı niyyətli danışıqlar istəyirsənsə, belə şeylər etməzsən. Bu, bu qədər bəsitdir" deyib.
Kuleba alman jurnalistin sualına isə, müharibədə qalib gəlmək üçün ağır silahlara ehtiyaclarının olduğunu söyləyərək cavab verib.
Almaniyanın "Marde" və "Leopard" tipli tanklarının Ukraynaya tədarük oluna biləcəyi mesajını verən Kuleba "Təbii ki, arzumuz alman Leopard tanklarıdır" deyib. Kuleba belə bir ehtimalın hələlik uzaq olduğunu da vurğulayıb.
Kuleba qeyd edib ki, hər bir müharibə diplomatiya yolu ilə sona çatır, lakin Rusiya öz tankları, topları və təyyarələri ilə Ukraynaya hücumlarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



