Sığınacaq axtaran gəmi yolunu itirib

Haitidən ABŞ-a gedən və içərisində 842 nəfəri daşıyan sığınacaq axtaran gəminin Kubanın Caibarien şəhərinə gəldiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dolu gəmi öz kursundan çıxaraq Kubaya çatıb.
Bu günə qədər tək bir gəmidə görünməmiş sayda sığınacaq axtaran şəxsin olduğunu bildirən səlahiyyətlilər, sığınacaq axtaranlardan 70-nin uşaq, 97-nin isə hamilə olduğunu bildirib. Sığınacaq axtaranların təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmasını təmin etmək üçün Kuba səlahiyyətliləri ilə Haiti hökumətinin əlaqə saxlandığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə