Silahlı şagird saxlanılıb

ABŞ-ın Texas ştatında polis Riçardson şəhərində azyaşlı orta məktəb şagirdini saxlayıb. O, məktəbdə qanunsuz silah gəzdirməkdə ittiham olunur.

SİA xəbər verir ki, bu barədə RİA Novosti yerli polisə istinadən məlumat yayıb.

Yerli polisdən verilən məlumata görə, “əlində tüfəngə bənzəyən şey tutan və orta məktəbə doğru gedən” azyaşlı barədə mesaj aldıqdan sonra onlar hadisə yerinə gəliblər. Hadisə yerinə gələn polis şübhəlinin bu məktəbin şagirdi olduğunu müəyyən edib.

“Əlavə araşdırmalar 1551 East Spring Valley Road dayanacağında şübhəlinin istifadə etdiyi bir avtomobilin aşkarlanmasına səbəb olub. Polis əməkdaşları avtomobilin içərisində AK-47 tipli silah və AR-15 Orbeez tipli tüfəngin surətini aşkar ediblər”. Bunu sonradan polislər bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə