Seneqalda 11 yeni doğulmuş uşaq yanaraq ölüb

Seneqalda 11 yeni doğulmuş uşaq yanaraq ölüb

Seneqal prezidenti Makki Sall ölkənin qərbindəki Tivauan şəhərində xəstəxanada baş verən yanğın nəticəsində 11 yeni doğulmuş körpənin öldüyünü açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RT xəbər verir. “...Mən indicə Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin ölümünü ağrı və dəhşətlə öyrəndim”-deyən ölkə prezidenti həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Qazaxıstanın cənubundakı Çimkənddə aptekdə baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə