“Sonda siz tək qalacaqsınız..?”

“Sonda siz tək qalacaqsınız..?”

Avropa ölkələri artıq Rusiyanı itirdikləri kimi Latın Amerikasında da tərəfdaşlarını itirə bilərlər.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu fikri çərşənbə günü Braziliyanın iqtisadiyyat naziri Paulo Quedes deyib.

“...Mən avropalılara demişəm ki, siz artıq Rusiyanı itirmisiniz, hazırda isə Latın Amerikasını itirirsiniz. Sonda siz tamamilə tək qalacaqsınız”.

Qeyd edək ki, rus saytlarının yazdığına görə, braziliyalı nazir bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı deyib.

Yenə rusların yazdığına görə, Quedesin fikrincə, Avropa ölkələri keçmişdə “tərk etdikləri” dövlətlərlə inteqrasiyanın zəruriliyini təcili dərk etməlidir. Bununla bərabər o, ölkəsinin enerji, rəqəmsal texnologiya və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığa hazır olduğunu vurğulayaraq, “...bizi o zaman tərk etdilər, lakin indi inkişaf üçün yeni oxumuz var”-deyə əlavə edib.

Yeri gəlmişkən xatırladaq ki, Dünya İqtisadi Forumu hər il aparıcı biznes rəhbərlərinin, siyasi liderlərin və müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə toplanan İsveçrə qeyri-hökumət təşkilatıdır. Onu da bildirək ki, Dünya İqtisadi Forumunun üzvləri minə yaxın iri şirkət və təşkilatdan ibarətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə