Səhiyyə naziri Fahrettin Koca Türkiyədə meymunçiçəyi hadisəsinin qeydə alınmadığını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Nazir Koca, paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışda son zamanlar dünyada müşahidə olunan meymunçiçəyi virusuna dair məlumat verib. Nazir: “Mövcud vəziyyətdə Meymunçicəyi virusu ilə əlaqəli narahatçılıq duymaq bihudədir. Xəstəliyin pandemiyaya səbəb olacağına inanmıram. Bu günə dək Türkiyədə Meymunçiçəyi xəstəliyinə rast gəlinməyib. Belə bir hadisənin qeydə alınması halında bunu ictimaiyyətlə bölüşərik. Vətəndaşlarımız bu barədə narahat olmasın. “Çiçək xəstəliyinə qarşı peyvəndin effektivliyinin 80-85 faiz olduğunu bilirik. Peyvənd epidemiya riskinin aradan qalxdığı 1970-ci illərdən bəri hazırlanmayıb, lakin Amerika Birləşmiş Ştatları tibbi prosedura görə o zaman məhv edilməli olan canlı virusu gizlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB