ABŞ Rusiyanı internetdən ayırmamağa çağırıb

ABŞ Rusiyanı internetdən ayırmamağa çağırıb

ABŞ Dövlət Departamenti internetin təmin edilməsinə cavabdeh olan strukturları rusiyalıları informasiya resurslarına sərbəst girişdən məhrum etməmək üçün Rusiyanı qlobal şəbəkədən ayırmamağa çağırıb.

“RİA Novosti” bu barədə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysa istinadən yazır.

SİA bu barədə rus saytına istinad edir.

“...Biz mümkün olan hər şeyi etməliyik ki, Rusiyada informasiya mühiti məhdud olmasın. Buna görə də biz cavabdeh tərəfləri Rusiya Federasiyasına məlumat axınını təmin etmək üçün qondarma internet kəsilməsini təşkil etməməyə çağırırıq”- deyə Prays bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkədə internetin bağlanması ehtimalından “gileylənmişdi”. O hətta Rusiyanın heç vaxt internetsiz qalmayacağını bildirmişdi. Belə ki, o , rusiyalı gənclərin internet və digər müasir texnologiyalardan istifadə ilə bağlı məsələlərdə rus beyinlərini normal təmin edəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə