Bu gün Rusiyada, bizlərdə deyildiyi kimi, qiymətlər “oynayır”. Bunu artıq rusiyalı iqtisadçılar da etiraf etməyə başlayıblar. Məsələn, Rusiyada istehlak qiymətləri sanksiyalar fonunda mart ayında rekord sürətlə artdıqdan sonra 14-20 may həftəsində 0,02 faiz ucuzlaşıb. Qeyd edilməlidir ki, Rosstat 2021-ci ilin avqustundan bəri ilk dəfə deflyasiya qeydə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC sözügedən idarələrə istinadən yazır.
Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, ötən həftə tərəvəzlərin qiymətləri enməkdə davam edib, bu qrupa daxil olan malların qiymətləri orta hesabla 1,4 faiz ucuzlaşıb. Digər ərzaq məhsulları arasında şəkər həftə ərzində 0,8 faiz ucuzlaşsa da, ilin əvvəli ilə müqayisədə 48 faiz baha olaraq qalır.
Qeyri-ərzaq məhsulları kateqoriyasında isə şəxsi gigiyena vasitələri - sabun, tualet kağızı, diş pastası, yastiqciqlar bahalaşmaqda davam edib. Xidmətlər arasında yeganə ucuz məhsul “ekonom sinif” aviabiletləri olub ki, bu da 3,5 faiz ucuzlaşıb.
Qeyd edilməlidir ki, mütəxəssislər qiymətlərin ucuzlaşmasının məhsul yığımının davam etdiyi yay və payızın əvvəli üçün xarakterik olması və ərzaq bazarında ərzaq təklifinin artmasl ilə izah edirlər. Bununla belə, Rusiyada deflyasiya tendensiyası rublun möhkəmlənməsi və ümumilikdə istehlak tələbinin azalması fonunda daha əvvəl başlayıb.
Bu da mütəxəssislərin ehtimalıdır.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyada smartfon və televizorların ucuzlaşmağa başladığı bildirilirdi. Rosstatın məlumatına görə, mayın 14-dən mayın 20-dək olan müddətdə smartfonlar 1,5 faiz, televizorlar isə 0,9 faiz ucuzlaşıb. Eyni zamanda, həmin dövrdə tozsoranların qiyməti 0,5 faiz artıb. Ümumilikdə ilin əvvəlindən ölkədə smartfonlar 9 faiz, televizorlar 7,6 faiz, elektrik tozsoranları isə 14,6 faiz bahalaşıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB