BMT-dən Talibana çağırış

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanda hakimiyyətdə olan Talibanı əfqan qadın və qızlarının əsas hüquq və azadlıqlarını məhdudlaşdıran tədbiqlərə dərha son qoymağa çağırıb.

SİA xəbər verir ki, TRT-nin xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının birgə bəyanatında Əfqanıstanda qadın və qızların hüquqlarının tədricən yox olmasının dərin narahatlıq yaratdığı vurğulanıb.

BMT təhlükəsizlik şurasının açıqlamasında: “Təhsil, məşğulluq, hərəkət azadlığı və qadınların ictimai həyatda tam, bərabər və mənalı iştirakına qoyulan məhdudiyyətlər beynəlxalq ictimaiyyətin gözləntilərinə ziddir. Qadın yayımçıların ekran qarşısında üzlərini örtməsi və qadınların yalnız vacib hallarda evdən çıxabilmələri ciddi narahatlıq doğurur. Taliban fundamental hüquqları məhdudlaşdıran tətbiqlərdən dərhal imtina etməlidir”-deyə BMT-nin bəyanatında vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə