Qlobal iqtisadiyyat üçün tutqun gələcək...

Ekspertlər qlobal iqtisadiyyat üçün tənəzzül riskini proqnozlaşdırırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” nəşri yazır.

Analitiklər qlobal iqtisadiyyatı daha da gərginləşdirən dörd ciddi problem müəyyən ediblər. Belə ki, ekspertlər qeyd ediblər ki, Çinin iqtisadi artım perspektivləri Covid-19 omikron gərginliyi ilə mübarizə üçün sərt məhdudlaşdırıcı tədbirlərlə sarsılıb, ABŞ Federal Ehtiyat Sistemi rifahı tənəzzülə çevirmək təhlükəsi ilə üz-üzə qalıb və Avropa ev təsərrüfatları çox böyük xərclərlə yaşayırlar, yəni yaşayış böhranı ilə üz-üzədirlər.

Bundan əlavə, ekspertlərin fikrincə, bir çox yoxsul inkişaf etməkdə olan ölkələrdə vəziyyət daha pisdir, çünki onlar ərzaq böhranı ilə üzləşirlər.

Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Brooks xəbərdarlıq edir ki, “...İndi biz yenidən qlobal tənəzzüldən qorxuruq, ancaq bu dəfə o, real deyil”. Onun fikrincə, bu böhranların birləşməsi artıq dünya iqtisadiyyatının acınacaqlı vəziyyətindən xəbər verir.

Qeyd edək ki, bundan əvvəl “Citigroup Bank”-ın rəhbəri Ceyn Freyzer uzunmüddətli tənəzzüllə nəticələnəcək Avropa iqtisadiyyatı üçün çətin dövrlərin olacağını proqnozlaşdırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...