"Moskvanın yeni tələblərinə boyun əyənlər"

Rusiya hökumətinin “dost olmayan dövlətlər” siyahısına daxil etdiyi Avropa İttifaqı ölkələrinin bir çox şirkətləri Rusiya qazının pulunu rublla ödəmək üçün Moskvanın yeni tələblərinə boyun əyirlər.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazır.

Məqalədə deyilir ki, Avropanın enerji şirkətləri Rusiya prezidenti Vladimir Putinin yeni sistem çərçivəsində təbii qaza görə ödəniş etmək tələblərinə boyun əymək məcburiyyətində qalıblar. Nəşr hesab edir ki, şirkətlər qazın dayandırılmasından və enerji böhranından qorxduqları üçün bu addımı atıblar.

Nəşr Avropa ölkələrinin Rusiyanın enerji təchizatından asılılığını azaltmaq üçün müxtəlif tədbirləri müzakirə etdiklərini də gizlətmir. Amma məlumdur ki, qısa müddətdə iqtisadi böhrandan qaçmaq mümkün olmayacaq deyə, onlar güzəştə getməyə hazırdırlar.

“Washington Post” bildirir ki, bu, da rus rublunun möhkəmlənməsinə səbəb olan amillərdən biri olub.

Məlum yazıda Polşa və Bolqarıstanın Moskvanın Rusiya qazının pulunu rublla ödəməyə dair yeni tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə, bu ölkələrə yanacaq tədarükünün dayandırıldığı da bildirilir.

…Bununla belə, Avropa İttifaqı ölkələrinin əksəriyyəti şantajın yolverilməzliyi ilə bağlı əvvəlki bəyanatlarından əl çəkməyə və yeni şərtlərlə barışmağa məcbur olublar.

Bunu da “Washington Post” bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə