KXDR-də qızdırmaya yoluxanların sayı 3 milyonu keçib

Koreya Xalq Demokratik Respublikasında qızdırma simptomları olan şəxslərin sayı 3 milyonu keçib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artıq 2,74 milyon nəfər xəstəlikdən sağalıb, 323 min nəfər müalicə olunur. Xəstəlikdən ölənlərin ümumi sayı 68-dir. Sutka ərzində bu xəstəlikdən ölən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə