Məktəbdəki qətlə görə bayraqlar endirilib

Amerikanın Uvalda şəhərində ibtidai məktəbdə atəş açan təcavüzkar təkbaşına hərəkət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Texas ştatının polisi məlumat verilib.

Xatırladaq ki, 18 yaşlı Salvador Romas tapança ilə silahlanaraq təhsil müəssisəsinə gəlib və orada olan insanlara atəş açmağa başlayıb.

Verilən son məlumata görə, 14 şagird və bir müəllim həlak olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi məhv ediblər.

Verilən başqa məlumata görə, atışma qurbanlarının xatirəsinə ABŞ prezidenti Cozef Bayden hökumət binaları üzərində bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə