Baydenin “növbəti səhvi”..?

Bu arada “The Telegraph” ABŞ prezidenti Cozef Baydenin Birləşmiş Ştatların Tayvanın müdafiəsində iştirak etməyə hazır olması ilə bağlı sözlərini səhv adlandırıb.

SİA bu barədə “rambler”ə istinad edir.

Məqalə müəllifləri qeyd ediblər ki, Birləşmiş Ştatlar Tayvanı qorumaq üçün “heç vaxt öhdəlik götürməyib”.

Onlar həmçinin xatırladıblar ki, belə bir qərar Konqresin razılığı ilə verilməlidir.

Qeyd edək ki, Tokioda çıxışı zamanı ABŞ-ın Tayvan ətrafındakı vəziyyətə “münaqişə olacağı təqdirdə müdaxilə etməyə hazır olub-olmadığı” sualına Amerika lideri müsbət cavab verib.

Bundan sonra Çin Xarici İşlər Nazirliyi Baydenin bəyanatı ilə bağlı ABŞ-a etiraz edib.

Belə ki, onlar Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu xatırladıblar.

Bu arada ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ hakimiyyətini Tayvanla bağlı Çinlə toqquşmadan qaçmağa çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə