Atışma zamanı 2 məktəbli həlak olub

ABŞ-ın Texas ştatının Uvalda şəhərində ibtidai məktəbdə atışma nəticəsində ən azı 2 uşaq ölüb və 13 uşaq isə yaralanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Yerli memorial xəstəxanadan verilən məlumata görə, hadisədən sonra 13 tələbə müəssisənin təcili yardım şöbəsinə aparılıb. Bundan əlavə, 45 yaşlı kişi də xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin səhhəti barədə məlumat verilmir.

Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hazırda saxlanılıb.

Eyni zamanda, Uvalde şəhərinin meri Don Maklaflin rəsmi məlumat verməzdən əvvəl məktəblilərin valideynləri ilə əlaqə saxlamağa çalışdığını əsas gətirərək telekanala qurbanlar haqqında məlumatları təsdiq etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə