Fransa Rusiyaya qarşı yeni sanksiyalara çağırıb

Rusiya neftindən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketi ən qısa zamanda qəbul edilməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.

“Ukraynaya uzunmüddətli perspektivdə bütün sahələrdə dəstəyi gücləndirməliyik: maliyyə, iqtisadi, hərbi və humanitar. Rusiya neftindən tədricən imtinanı nəzərdə tutan altıncı sanksiyalar paketini də mümkün qədər tez qəbul etməliyik. Ümid edirik ki, bunu tez bir zamanda etmək mümkün olacaq”, – Kolonna deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə