Çində yaşayış məhəlləsində güclü partlayış olub

Çinin Ciansu vilayətinin Çancou şəhərindəki yaşayış məhəllələrinin birində güclü partlayış baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında baş verən partlayış nəticəsində bir neçə mənzil və mağaza dağılıb. Hazırda xilasedicilər ərazidə axtarış işləri aparırlar. Dağıntı altında insanların qalması ehtimalı böyükdür.

Hələlik partlayışın səbəbi bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə