Rusiya ilə Ukrayna arasında abidə-heykəl müharibəsi FOTOLAR

Ukyanalı youtuber Sergey Sternenko Odessada İkinci Yekaterinanın abidəsini görəndə sanki İsraildə Hitlerin abidəsini gördüyünü bildirib

Rusiya ilə Ukrayna arasında davam edən müharibənin daha bir təəssüf doğuran tərəfi bu ölkələrdə iki qohum xalqın tarixi, mədəniyyət və s. nümayəndələrinin abidə və heykəllərinin demontaj edilərək-dağıtmasıdır. Belə ki, bu yaxınlarda məlum olduğuna görə, Ukraynada Rusiyanın və dünya ədəbiyyatının sevilən şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi dağıdılıb. O cümlədən, Rusiyada Ukraynaya dair küçə adların abidələri də hədəfə alınır.

Rusiyada da eyni hallar yaşanmaqda və ukraynalı ədiblərin, elm və mədəniyyət xadimlərinin adlarını daşıyan ünvanlar dəyişdirilir, abidələr dağıdılır...

Bu arada, ukraynalı sosial şəbəkə fəalı Sergey Sternenko açıqlamasında deyib ki, o 2014-cü ildə Ukraynanın şərqində ukraynalı millətçilər ilə Moskvanın dəstəklədiyi separatçılar arasında silahlı qarşıdurma başlayandan, o cümlədən Rusiyanın hərbi müdaxiləsindən bir neçə ay əvvəl rus hədəflərinə qarşı bir neçə cəsarətli gecə missiyası yerinə yetirilib. Hədəflər isə heykəllər idi!

O dostları ilə bir neçə il əvvəl sovet marşalı Georgi Jukovun, eləcə də daha bir neçə generalların heykəllərini dağıdıb. Sternenko sonda bildirib ki, Odessada İkinci Yekaterinanın abidəsini görəndə sanki İsraildə Hitlerin abidəsini görür.

Təəssüf ki, hər iki ölkə arasında hərbi qarşıdurma davam edir və paralel olaraq vandallıq hadisələri də sərhəd tanımır...

Hüseynəli Rəhimzadə

Bütün xəbərlər Facebook səhifəmizdə