Rusiyanın Ukraynaya hücumları 89 gündür davam edir

Rusiyanın Ukraynanın şərqinə hücumları intensivləşib. Donetskdə 7 nəfər ölüb.

Rusiyanın Ukraynanın şərqinə hücumları intensivləşib. Donetskdə 7 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, Rəsmi Kiyev bəyan edib ki, Rusiya ordusu Donbasdakı infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə ağır silahlar və idarə olunan raketlərlə hücum edib.

Luqansk bölgəsində də Rusiyaya məxsus çoxlu sayda tank və hərbi maşın məhv edilib. Donetsk və Luqanskda Rusiya ordusunun 9 hücumu dəf edilib.

Ukrayna Baş Qərargahı fevralın 24-dən bəri 29.500 Rusiya əsgərinin həyatını itirdiyini iddia edib.

Rusiyanın müdafiə naziri Şoyqu da bildirib ki, Moskva Luqanskı nəzarətə götürmək üzrədir.

Ukrayna parlamenti isə fevralın 24-də elan edilən hərbi vəziyyətin daha 90 gün uzadılmasını təsdiqləyib.

Ukraynanın ikinci böyük şəhəri Xarkovda şiddətli toqquşmalardan sonra normal həyata qayıtmaq üçün hazırlıqlar görülür.

Metronun fəaliyyəti bərpa olunduqdan sonra insanlar sığınacaq kimi istifadə etdikləri stansiyaları boşaltmağa başlayıblar.

Kiyevdəki Milli Opera Teatrı 3 aydan sonra yenidən tamaşaçıların üzünə qapılarını açıb.

Bu arada, Polşa prezidenti Anjey Duda Ukraynaya səfər edib.

Duda müharibə başlayandan bəri Ukrayna parlamentində çıxış edən ilk lider olub.

Sessiyada iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski Polşa ilə Ukrayna arasında sərhəd keçidlərinin asanlaşdırılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə