“Yaxın həftələr...çətin olacaq”

...torpağımızı və xalqımızı azad etmək üçün biz yalnız döyüşüb və qazanmalıyıq

Ukrayna Prezidenti Vladimir Zelenski, yaxın həftələr üçün müharibənin çətin olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o bunu axşam video mesajında ​​bildirib.

Zelenskinin ehtimalına görə, ruslar Xarkov rayonunun ələ keçirilən ərazilərini, o cümlədən Xerson, Zaparojie bölgələrinin işğal olunmuş ərazilərini verməyəcəklərini göstərməyə çalışırlar. Təbii ki, Donbass istisna deyil.

Qeyd edək ki, Ukrayna rəhbəri bunu rusların həmən yerlərə əlavə qüvvələr gətirib bu yerlərdə öz mövqelərini gücləndirməyə çalışmaqları ilə əlaqələndirir.

Məhz buna görə də, Zelenski , ukraynalıların döyüşdən döyüşdən başqa alternativi olmadığını bildirir.

Onun dediyinə görə, torpağımızı və xalqımızı azad etmək üçün biz yalnız döyüşüb və qazanmalıyıq.

Bu arada “UNİAN” saytının verdiyi xəbərə görə, ötən gün Severodonetsk istiqamətində itki verən rus silahlıları geri çəkilmək məcburiyyətində qalıblar.

Saytın yazdığına görə, rusların Baxmut istiqamətindəki hücumları da onlara uğur gətirməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə