İranda 10 mərtəbəli bina uçub

İranın cənubundakı Xuzistan əyalətinin Abadan şəhərində bina uçub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 55 nəfər yaralanıb.

Dağıntılar altında xilas olunmağı gözləyən ən azı 80 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Təbii fəlakətin baş verdiyi şəhərə 50 axtarış-xilasetmə qrupu və 30 təcili yardım maşını göndərilib. Dağılan binanın podratçısı və sahibinin nəzarətə alındığı öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...