Portuqaliyada daha 14 nəfər meymunçiçəyinə yoluxub

Portuqaliyada meymunçiçəyinə daha 14 yoluxma faktı qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Baş səhiyyə idarəsi bildirib. Bu günədək Portuqaliyada meymunçiçəyinə yoluxanların sayı 37 nəfərə çatıb.

Xatırladaq ki, ÜST-ün məlumatına görə, meymunçiçəyi hazırda 12 ölkədə 100-ə yaxın şəxsdə qeydə alınıb.

Qeyd edək ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...