Kiyev Rusiya ilə atəşkəsə razılaşmayacaq?

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Kiyevin Moskva ilə atəşkəs razılaşmasının mümkünlüyünü istisna etdiyini bildirib.

Bunu “Rambler”ə istinadən SİA xəbər verir.

Qeyd edək ki, rus saytı Podolyakın bu fikirlərini “Reuters”a söylədiyi bildirilir.

Beləliklə, müşavirin sözlərinə görə, Rusiya ilə ərazilərin verilməsini nəzərdə tutan sövdələşmələr həyata keçirmək planları yoxdur. O qeyd edib ki, güzəştlər Ukrayna tərəfi üçün xoşagəlməz nəticələr verə bilər.

Podolyak Ukraynanın mövqeyinin getdikcə daha barışmaz xarakter aldığını da gizlətməyib. Onun sözlərinə görə, rus qüvvələri ölkəni tərk edəndən sonra sülh prosesini bərpa etmək mümkün olacaq.

Müşavir əlavə edib ki, Qərb dövlətlərinin təcili atəşkəs çağırışları “çox qəribə görünür”. Onun fikrincə, bu halda Rusiya qoşunları Ukrayna ərazisini tərk etməyəcək.

Qeyd edək ki, aprelin sonunda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ukraynada atəşkəs üçün şərait yaradılmasının zəruri olduğunu bildirmışdi.

O effektiv dialoq üçün yollar tapmaqda, tezliklə atəşkəs, sülh yolu ilə həll üçün şərait yaratmaqda son dərəcə maraqlı olduqlarınə bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə