ABŞ səlahiyyətliləri Mərkəzi Asiyaya gəlirlər

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lunun başçılıq etdiyi Amerika hökumət nümayəndə heyəti mayın 23-dən 27-dək Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistana səfər edəcək.

Bu səfər ABŞ-ın regionla əlaqələrini gücləndirmək və Mərkəzi Asiyada daha firavan, daha təhlükəsiz bir dövlət yaratmaq üçün birgə səyləri inkişaf etdirmək məqsədi daşıyır. SİA xəbər verir ki, bunu TASS ABŞ tərəfinin bəyanatına istinadən bildirib.

Qeyd edək ki, nümayəndə heyətinə həmçinin Pentaqon, Ağ Evin Milli Təhlükəsizlik Şurası, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin səlahiyyətliləri də daxil olacaq.

Səfər çərçivəsində Amerika nümayəndə heyətinin üzvləri adları çəkilən ölkələrin rəsmiləri, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək niyyətindədirlər. Tacikistan həmçinin “iqtisadi əlaqələri inkişaf etdirmək və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün” illik ikitərəfli məsləhətləşmələr keçirməyi də planlaşdırır.

Bu arada Rusiyanın “VZGLYAD” nəşri Qazaxıstanın Rusiya ilə Qərb arasında döyüşdə necə manevrlər etdiyi və respublika hakimiyyətinin Qələbə Günü şərəfinə paradı niyə ləğv etməsindən danışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə