Avropada ən baha qaz Skandinaviyadadır

Avropada ən bahalı qazı Skandinaviya - İsveç və Danimarka sakinləri alırlar. Hollandiya və İspaniyada bunun üçün bir qədər az pul ödənilir.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

“...Ən bahalı qazı İsveç sakinləri alır. Bu ölkədə Rusiya valyutası ilə hesablasaq, mavi yanacağın bir kubmetri yerli istehlakçılara 137 rubla başa gələir. Qazın bahalığına görə sonrakı yerlərdə Danimarka, Hollandiya və İspaniya gəlir. Bu ölkələrdə qazın bir kubmetri 80 rubldan bir qədər bahadır”

Avropa qaz bazarında 2021-ci ildə görünməmiş qiymət artımları baş verib ki, bu da bəzi ölkələrdə kəskin enerji böhranına səbəb olub. Regionun ən böyük birjası olan Hollandiya TTF-də qazın orta qiyməti il ​​ərzində 5 dəfədən çox artaraq 2021-ci ildə min kubmetr üçün 573,9 dollar təşkil edib. Eyni zamanda, dekabrda qiymət bir neçə gün ərzində 2000 dolları keçdi ki, bu da o zaman tarixi rekord idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...