Fransada 2 qırıcı havada toqquşub

Fransa HHQ-nə məxsus 2 “Rafale” qırıcı təyyarəsi havada toqquşub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Konyak şəhəri yaxınlığındakı aeroportda baş verib.

Təyyarələrdən biri digərinin quyruq hissəsi ilə toqquşub. Nəticədə təyyarənin bir neçə detalı qoparaq yerə düşüb. Hər 2 qırıcı təhlükəsiz şəkildə aerodroma enib. Toqquşma səsi yerli sakinlər arasında həyəcana səbəb olub.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə