Belçika meymun çiçəyinə görə karantin tətbiq edib

Belçikada meymun çiçəyi xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə lesoir.be saytı məlumat yayıb. Qeyd olunur ki, yoluxmuş şəxslər təcrid edilir. Təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər. Yoluxmuş şəxslərdə xəstəliyin bütün əlamətləri aradan qalxdıqdan sonra evə buraxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə