Türkiyənin Şərqi Aralıq dənizində “Kurtaran-2022” hərbi təlimləri başlayıb

Türkiyənin Şərqi Aralıq dənizində “Kurtaran-2022” hərbi təlimləri başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında bildirilib.

Təlimlərə 12 ölkədən 26 müşahidəçi qatılıb. Müşahidəçi ölkələr arasında Azərbaycan da var.

Mayın 27-dək davam edəcək təlimlərə Aksaz Dəniz Baza Komandanlığında müşahidəçilərin iştirakı ilə keçirilən brifinqlə start verilib.

Təlimlərə Türkiyənin yeddi gəmisi, üç sualtı gəmisi, bir təyyarə, iki helikopter, bir pilotsuz uçuş aparatı (İHA), iki sahil mühafizə qayığı və polis axtarış-xilasetmə briqadasının əməkdaşları cəlb olunublar.

Təlimlər dəniz altında axtarış-xilasetmə tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...