Rusiya ordusu gecə yarısı Zaporojye bölgəsini atəşə tutub - YARALILAR VAR

Rus əsgərləri Zaporojye bölgəsinə raket atıb, qurbanlar var. SİA xarici mətbuata istinadən bildirir ki, Zaporojye vilayətinin Regional Hərbi İdarəsinin məlumatına görə, raket hücumu mayın 22-i yerli vaxtla saat 02:44 radələrində olub.

Zaporojye vilayətinin Volnyanşina kəndlərindən birinin mülki infrastrukturuna ziyan dəyib.

"Hazırda müvafiq xidmətlər hadisə yerində işləyir. Xəsarət alan vətəndaşların olduğu əvvəlcədən müəyyən edilib. Zaporojye sakinləri gecə saatlarında mərmi partlayışlarının səslərini eşidib ", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə