Bu gün Yaponiyanın şimal-şərqindəki İbaraki prefekturasının yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. SİA bildirir ki, bu barədə ölkənin Baş Meteorologiya Agentliyinin məlumat yayıb.

Məlumata görə, sunami təhlükəsi yoxdur.

Zəlzələnin episentri suyun altında 30 kilometr dərinlikdə olub.

Fukusima prefekturasında da 5 bal gücündə təkanlar hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə