Avropada Rusiya qazına alternativ tapa bilmirlər?

Bu arada Fransanın “Monde diplomatique” qəzetinin yazdığına görə, hazırda uzunmüddətli perspektivdə Rusiya təbii qazının Avropa ölkələrinə tədarükünü əvəz edə biləcək təchizatçı yoxdur.

SİA bu barədə “rambler”ə istinad edir.

Nəşrin yazdığına görə, Norveç, Hollandiya, Əlcəzair və Avropa İttifaqının digər ehtimal edilən təchizatçıları uzun müddət Avropanın artan tələbatını ödəyə bilmirlərş əslində onlar yalnız ehtiyat satıcılar kimi çıxış edə bilərlər.

Nəşr daha sonra yazır: “Avropalıların Moskvadan üz döndərmək istəyi neft-qaz sektorunda müəyyən bir nizama çevrilir ki, bunu az-çox qaçılmaz embarqonun tələb etdiyi kimi tez dəyişmək çətin olacaq”.

Ölkədə davam edən vətəndaş müharibəsi səbəbindən Avropa Liviyadan qaz tədarükünə arxalana bilmir və Misir Moskva ilə münasibətlərdə ehtiyatlı davrandığına görə təchizatçı olmağı planlaşdırmır.

Nigeriya və ya Anqola kimi digər istehsalçıların uzaq coğrafi yerləşməsi, onların imkanlarının müxtəlif dərəcədə köhnəlməsi, onların etibarlı əvəzedici olmasına imkan vermir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə