ABŞ Hərbi Dəniz Qüvvələrində fərarilik...

ABŞ Dəniz Qüvvələrinin məlumatlarına görə, 342 mindən çox işçisi olan donanmada 2021-ci ildə 157 fərarilik qeydə alınıb

“NBC News” xəbər verir ki, çətin müqavilə şərtləri və xidməti tərk edə bilməməsi səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrindən qaçan dənizçilərin sayı 2019-cu ildən 2021-ci ilə qədər iki dəfədən çox artıb.

SİA vəbər verir ki, bunları rusların “rambler” saytı yazır və ABŞ ordusunun digər qollarında fərarilik hallarının olmamasına az qala "təəssüflənir". Əslində, etiraf edilməlidir ki, bu gün rus ordusunda, hər vəchlə gizləntilərə baxmayaraq, fərarilərin sayı ölçüyəgəlməzdir. Amma ruslar bunu gizlədirlər.

Bununla belə sayt amerikalı hərbçilərin sağlamlığında böhran olduğuna şübhə belə etmir. Çünki, sayta görə, hadisələrin əksəriyyəti intihar riskləri fonunda baş verib.

Beləliklə saytın yazdığına görə, ABŞ Dəniz Qüvvələrinin məlumatlarına görə, 342 mindən çox işçisi olan donanmada 2021-ci ildə 157 fərarilik qeydə alınıb. Halbuki bu göstərici 2020-ci ildə - 98, 2019-cu ildə isə - 63 olmuşdu.

2021-ci ildə azadlıqda qalan fərarilərin ümumi sayı 2019-cu ildəki 119-a qarşı 166 nəfərə çatıb. Onların əksəriyyəti 25 yaş və ya daha kiçik yaşlılardır.

Gər məlumatlara görə, “Corc Vaşinqton” gəmisində silsilə intiharlardan sonra, bəzi dənizçilərin ordunu tərk etmək istək seçimlərinin olmadığı göstərilir. Bu onların bir çoxunun orta məktəbi bitirdikdən sonra bağladıqları çoxillik müqavilələrlə bağlıdır.

Demək olar ki, ləğv edilə bilməyən müqavilələr, bəzən altı ilə qədər xidmət müddəti, hərbi hüquq ekspertlərinin fikrincə, dənizçilərə alternativlər vermir, buna görə də onlar intihar və fərarilik arasında seçim edirlər, bu da ağır nəticələrə səbəb olur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, 2022-ci il tarixinə kimi tutulmayan 152 Hərbi Dəniz Qüvvələri fərarisindən ikisi “Corc Vaşinqton” gəmisindəndir. Deyilənə görə, dənizçilərdən biri təxminən beş ay əvvəl Virciniya ştatında gəmiqayırma zavodunda dayanan təyyarə gəmisini tərk edərək, digəri isə 2021-ci ilin martında qaçıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə