Filippin sahillərində güclü zəlzələ baş verib

Filippin ərazisində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA bu barədə rus saytına istinad edir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Nəsuqbu şəhərindən 7 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 175 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, mayın 17-də seysmoloji mərkəz Yaponiyanın Honsyu adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə almışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə