ABŞ-ın hazırkı rəhbərliyi Rusiya hökuməti ilə münasibətləri yaxşılaşdırmaq niyyətində deyil.

SİA TASS -a istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken etiraf edib.

Qeyd edək ki, dövlət katibi bunu Corctaun Universitetinin məzunları qarşısında çıxışı zamanı bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Blinken Moskvaya qarşı sanksiyaların aradan qaldırılmasına kömək edəcək şərtləri açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün ən azı Ukraynada hərbi əməliyyatların dayandırılması tələb olunacaqdı.

Blinken sanksiyalar məsələsində hər hansı irəliləyiş ən azı buna bənzər bir şey tələb edəcəyini bildirmişdi.

Amma Dövlət Departamenti rəhbəri sonradan Ukraynadakı münaqişənin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini də istisna etməmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə