Hindistanda daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Hindistanda mayın 19-dan bəri başlayan daşqınlar nəticəsində ölənlərin sayı artıq 14 nəfərə çatıb.

SİA “NDTV News” -a istinadən xəbər verir ki, Hindistanın Assam əyalətində 662 mindən çox insan daşqın və sürüşmələrdən zərər çəkib. Verilən xəbərlərə görə, hazırda 27 rayon su altındadır.

Məsələ bundadır ki, aramsız yağan yağışlar bölgədə daşqınlara səbəb olub. Assam ştatında 48 mindən çox insan 135 yardım düşərgəsinə sığınıb. Daşqınlardan zərər çəkmiş ərazilərdə zəruri ləvazimat çatışmazlığının olmaması üçün ştatda 113 paylama mərkəzi yaradılıb.

Aramsız yağışın yaratdığı torpaq sürüşmələri Barak vadisi və Assamın Dima Xasao bölgəsi, eləcə də qonşu Tripura, Mizoram və Manipur əyalətləri ilə dəmir yolu və avtomobil əlaqəsini kəsib.\

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə